office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Müəllimlər kitabxananın zəngin fondu ilə yaxından tanış olublar

Mütaliə vərdişlərinin inkişaf etdirilməsi və elmi biliklərin artırılması məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanasına səfər olub. Səfərdə kollecin  müəllimlərindən Yaqut Mamedova, Aygün Məmmədli, və Şəfa Abdullayeva iştirak edərək kitabxananın zəngin fondu ilə yaxından tanış olub və elmi fəaliyyətləri üçün faydalı ədəbiyyat seçiblər. Seçilmiş kitablar ev şəraitində daha dərindən öyrənmək məqsədilə götürülüb. Bu cür səfərlər müəllimlərin peşəkar inkişafına və biliklərinin daim yenilənməsinə xidmət edir.


18.03.2026